XƏBƏRLƏR / İctimaiyyət

"İslamofobiya nifrət deyil, qorxudur"

Bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos bildirib

"İslamofobiya nifrət deyil, qorxudur"
Mişel Angel Moratinos
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İslamofobiyaya qarşı mübarizə çərçivəsində BMT Baş Assambleyası 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan edib. Bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos bildirib. 

    “İslamofobiya termin kimi istifadə olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, bu irqçiliyin ifadəsidir. Bu dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məhfumlar qorunmalıdır. İslamofobiyanın Qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, qorxudur. Bu gün icmaları nəzərə almalıyıq. İslama hörmətlə ayrı-seçkiliyin, dinə qarşı nifrətin aradan qaldırılmasını görmək istəyirik”,- deyə BMT rəsmisi vurğulayıb.