İsmayıllıda bələdiyyə sədri tutuldu
Cahangir Surxayev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb
İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qərarı verilib.
Binəqədi Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qərarı seçilib.
Qeyd edək ki, o, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da tutularaq istintaqa cəlb olunub. Lakin məhkəməyə indiyə qədər Ə. Süleymanov barəsində təqdimat daxil olmayıb.