Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.