İspaniyada daha bir qatar relsdən çıxdı FOTO
Şəhərətrafı qatar divar dağıntılarına çırpılaraq relsdən çıxıb
Jelida şəhəri yaxınlığında (Barselonadan təxminən 40 km məsafədə) güclü yağış və fırtına istinad divarının çökməsinə və dəmir yolu relslərinə düşməsinə səbəb olub.

Şəhərətrafı qatar (elektrik qatarı) divar dağıntılarına çırpılaraq relsdən çıxıb.

Hadisə nəticəsində bir nəfər (maşinist) həlak olub, 37 nəfər yaralanıb (onlardan beşinin vəziyyəti ağırdır).

1 dəqiqədən az