İsrail gəmisi Rusiyanın taxıl blokadasını yardı
Bu barədə xarici mətbuat xəbər verib
Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.
Xarici mətbuat xəbər verir ki, Rusiyanın təhdidlərinə baxmayaraq, “Ams1” gəmisi Dunay çayının Ukrayna qoluna daxil olub.
İyulun 30-na keçən gecə üç mülki gəmi - AMS 1 (İsrail), SAHIN 2 (Yunanıstan) və YILMAZ KAPTAN (Türkiyə/Gürcüstan) Türkiyə boğazlarından keçib. AIS (gəmi identifikasiyası sistemi) vasitəsilə təyinat yeri Ukrayna kimi müəyyən edilib.
Keçidin təhlükəsizliyini Amerikanın P8 gəmi əleyhinə təyyarəsi təmin edib (Rumıniya üzərində səmada yanacaqla doldurulur). Əlavə məlumat FORTE12 çağırış nişanlı RQ-4B Global Hawk kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən verilib.
Qeyd edək ki, bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın dəniz blokadasını aşan ilk gəmidir.