XƏBƏRLƏR / Münaqişə

İsrail HƏMAS-ın yeni rəhbərini öldürməyi planlaşdırır

Təşkilatın yeni rəhbəri Yəhya Sinvar elan edilib

İsrail HƏMAS-ın yeni rəhbərini öldürməyi planlaşdırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail HƏMAS-ın yeni rəhbərini aradan götürməyi planlaşdırır/

    İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin HƏMAS hərəkatının yeni rəhbəri Yəhya Sinvarı aradan götürmək niyyətindədir. İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib:

    "Onun postunun dəyişdirilməsi nəinki onun arxasınca getməyimizə mane olmayacaq, həm də bizi motivasiya edəcək, onu tapmaq üçün səy göstərəcəyik ki, hədəfə çevrilsin və yenidən Siyasi Büro rəhbərini dəyişsinlər.

    Biz son həftələrdə ən problemli düşmənlərimizin ən yüksək rütbəli komandirlərini sıradan çıxararaq çox mühüm əməliyyatlar həyata keçirdik və bununla da dayanmayacağıq".