XƏBƏRLƏR / Siyasət

İsrail Prezidenti Bakıya gəlir

İsrail mediası xəbər verir ki, səfər iki gün davam edəcək

İsrail Prezidenti Bakıya gəlir
İshaq Hersoq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana səfərə gələcək. İsrail mediası xəbər verir ki, səfər iki gün davam edəcək.

    Məlumata görə, Hersoqun Azərbaycanda rəsmi şəxslərlə yanaşı, yəhudi icmasının nümayəndələri ilə görüşü və İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş xüsusi tədbirdə iştirakı planlaşdırılır.

    Bildirilib ki, İsrail Prezidentinin səfərinin əsas məqsədi iki dövlət arasında strateji əlaqələrin gücləndirilməsidir.

    Qeyd edək ki, Bakıya səfərində Hersoqu İsrailin daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək.