XƏBƏRLƏR / Münaqişə

İsrail Qreta Tunberqi vətəninə deportasiya edib

İsveçli yalançı "ekoloji fəal" Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisində saxlanılmışdı

İsrail Qreta Tunberqi vətəninə deportasiya edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail isveçli ekoloji fəal Qreta Tunberqi vətəninə deportasiya edib. "O, heç vaxt HƏMAS-dan olan saqqallı kişiləri görməyib".

    İsrail Xarici İşlər Nazirliyinin təyyarədən Tunberqlə fotosunu da əlavə edən bəyanatında ekoloji fəalın Fransa üzərindən İsveçə dönəcəyi bildirilir.

    Qretanın 5 şəriki deportasiya sənədlərini imzalamaqdan imtina edib. Onların işinə İsrail məhkəməsində baxılacaq - "İsrail Hayom" qəzeti xəbər verir.

    Dərhal tərk etməkdən imtina edən fəalların Ramla şəhərindəki Givon həbsxanasında təcrid olunmuş kameralarda saxlanması planlaşdırılır.

    Onların arasında daha əvvəl “Həmasın xarici işğala qarşı mübarizə apardığı üçün hərəkətlərinin qanuni olduğunu” bildirən Avropa Parlamentinin deputatı Rima Həsən və jurnalist Ömər Fəyyad da var.

    Xatırladaq ki, bundan əvvəl İsrail hərbçiləri Qəzza zolağına humanitar yardım aparan Fələstin tərəfdarları ilə birlikdə Tunberqin olduğu "Madleen" gəmisinə minmişdilər.