İsrail Suriyaya zərbə endirib, ölənlər var
Bu barədə yerli mətbuat məlumat yayıb

İsrail Suriyanın paytaxtı Dəməşqdəki SEPAH qərargahına zərbələr endirib.
Yerli “Şam FM” radiostansiyası paytaxtın kənarında partlayışların baş verdiyini elan edib.
“Tasnim” xəbər agentliyi zərbələr nəticəsində iki nəfərin öldüyünü, daha bir neçə nəfərin xəsarət aldığını bildirib.