İsrail Yəməndə husilərin baş nazirini öldürdü
Bu barədə Yəmən mediası xəbər yayıb

Əhməd Qalib ər-Rahavi İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri zamanı evində öldürülüb.
Yəmənin “Aden ər-Rad” qəzeti iddia edir ki, onunla birlikdə əl-Rahavinin bir neçə tərəfdaşı öldürülüb.
Yəmənin Husi hökumətinin nazirləri İsrailin hava hücumlarından sonra paytaxt Sənanı tərk ediblər - "Əl-Ərəbiyyə telekanalı".
KİV-in məlumatına görə, Sənaya hücumdan sonra Yəmən Husi hökumətinin yalnız 4 naziri sağ qalıb.