XƏBƏRLƏR / Münaqişə

İsrail yenə Livanda "Hizbullah"ı bombalayır FOTO

Bu barədə İsrail ordusu Beyrutun cənub ətrafı və Hadas ətrafının sakinlərini xəbərdar edib

İsrail yenə Livanda "Hizbullah"ı bombalayır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu Beyrutun cənub ətrafı və Hadas ətrafının sakinlərini Livan "Hizbullah"ının hədəflərinə qarşıdan gələn hava hücumları ilə əlaqədar təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.

    İsrail ordusunun sözçüsü Avihai Edri ərəb dilində X-də gözlənilən hava hücumu barədə xəbərdarlıq edib və zərbələrin keçiriləcəyi yerləri göstərən xəritələr yerləşdirib.

    “Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi üçün Hizbullah obyektlərinin yaxınlığındakı bu binaları dərhal tərk etməli və onlardan ən azı 300 metr aralıda olmalısınız”, mətndə deyilir.