XƏBƏRLƏR / Münaqişə

İsrailin 1 nömrəli təyyarəsi havaya qaldırılıb

1 nömrəli təyyarə İsrailin Baş naziri və Prezidentinin sərəncamındadır

İsrailin 1 nömrəli təyyarəsi havaya qaldırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin İrana hücumu fonunda İsrailin 1 nömrəli təyyarəsi havaya qaldırılıb və Aralıq dənizində dövrə vurub. Məlumat "Flightradar" naviqasiya sistemi tərəfindən yayılıb.

    Təyyarə bir saatdan az müddətə havada olub. Bu, İranın İsrailə mümkün cavab hücumu fonunda baş verib.

    Bundan əvvəl İsrail İran ərazisindəki nüvə və hərbi obyektlərə zərbələr endirib. KİV İranda yaşayış binalarına ciddi ziyan dəydiyini də yazıb.

    Qeyd edək ki, 1 nömrəli təyyarə İsrailin Baş naziri və Prezidentinin sərəncamındadır.