İsrailin müdafiə naziri Azərbaycana gəldi
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik məlumat yayıb
İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfərə gəlib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik məlumat yayıb.
Nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.