İsrailin Tehrana zərbələri nəticəsində 73 nəfər ölüb
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib

İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi
“Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10 nəfər hələ də dağıntılar altında qalıb”, – o qeyd edib.
Onun sözlərinə görə, “İsrail təbliğatı” zərbələri “cərrahi dəqiqliklə, yaşayış yerlərinə zərər vermədən” həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin “cərrahi dəqiqliyi” “ailələr, uşaqlar və qadınları hədəfə almaq”dan ibarət olur.