XƏBƏRLƏR / Qonşular

İstanbul məktəblərində tətil elan edilib

Bu barədə İstanbul valiliyi məlumat yayıb

İstanbul məktəblərində tətil elan edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulda əlverişsiz hava şəraiti səbəbilə sabah şəhər üzrə bütün təhsil müəssisələrində tədrisə bir gün fasilə verilib.

    Bu barədə İstanbul valiliyi məlumat yayıb.

    Qeyd edək ki, sabahdan etibarən Kahramanmaraş və Tunceli vilayətlərində də qarlı hava şəraiti ilə əlaqədar məktəblərdə iki günlük tətil elan olunub.