İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb
Bu barədə "TRT Haber" məlumat yayıb

İstanbulun Beykoz rayonu üzrə bələdiyyə sədrinin də aralarında olduğu 20 nəfər saxlanılıb.
İstanbulun Beykoz Prokurorluğu tərəfindən şəhərin Beykoz rayonunun bələdiyyə sədri Alaattin Köseler də daxil olmaqla 4 şübhəli barəsində “tenderə müdaxilə” ittihamı ilə həbs qərarı verilib.
Digər tərəfdən, daha 17 şübhəli barəsində də “tenderə müdaxilə” və “cinayət törətmək məqsədilə təşkilat qurma, üzvlük və yardım” ittihamları ilə saxlanılma, axtarış və müsadirə əmri verilib.
Təlimata əsasən, İstanbul şəhər Polis İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin qrupları tərəfindən Alaattin Köseler və digər 20 şübhəli şəxs saxlanılıb.
Polis qrupları tərəfindən Beykoz Bələdiyyəsindəki axtarışlar davam edir.