“İstanbulda güclü zəlzələ çox da uzaqda deyil”
Bunu türkiyəli seysmoloq Naci Görur bəyan edir
Türkiyəli seysmoloq Naci Görur: “İstanbulda maqnitudası 7 baldan yuxarı olan zəlzələ ehtimalı 80%-ə yüksəlib. İstanbulda zəlzələ baş verəcək. Hazırlıqlar görülüb, lakin kifayət deyil. İstanbulun gələcək zəlzələyə hazır olub-olmadığını soruşsanız, yox, yox. Yenə ürəyimiz qırılacaq. İstanbulda zəlzələ olsa, mütləq Kahramanmaraşdan daha çox ziyan görəcəyik”.
2022-ci ilin dekabrında biz artıq bir sıra türk seysmoloqlarının fikirlərinə istinad etmişdik: bir çox tədqiqatçılar İstanbulda zəlzələnin 2030-cu ilə qədər baş verməsi ehtimalının 65% və bunun növbəti 70 il ərzində baş verməsi ehtimalının 95% olduğunu proqnozlaşdırırlar. .