XƏBƏRLƏR / Hava

İsti hava şəraiti iyulun 17-dək davam edəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

İsti hava şəraiti iyulun 17-dək davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

    Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.