NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağı qaldırılıb.
"AP" xəbər verir ki, mərasimdə NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edib.
O bildirib ki, İsveçin alyansa daxil olması Rusiya Prezidenti Vladimir Putinin Ukraynada hərbi məqsədlərdə uğursuzluğa düçar olduğunu sübut edir.
Stoltenberqin sözlərinə görə, Rusiyanın təcavüzünə görə təkcə İsveç və Finlandiya NATO-nun müdafiə çətiri altına girməyib, həm də indi Ukrayna NATO üzvlüyünə əvvəlkindən daha yaxındır.
İsveç Şimali Atlantika Alyansına qoşulan 32-ci ölkə oldu.