Daha on itkin-şəhidin dəfn mərasimi keçiriləcək
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha on şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Belə ki, iyulun 11-də Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.