XƏBƏRLƏR / İctimaiyyət

Qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

26 yaşlı Röyal Mirzəyev intihara cəhd edib

Qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib.

    26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb.

    Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.

    Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.