XƏBƏRLƏR / İctimaiyyət

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərdi

Bu barədə BQXK-nın "X" hesabında məlumat verilib

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib.

    Bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

    "Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.

    Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

    Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.