XƏBƏRLƏR / Qonşular

İvanişvili: Qərb Gürcüstanı Rusiya ilə savaşa sövq edirdi

Bu barədə hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili bildirib

İvanişvili: Qərb Gürcüstanı Rusiya ilə savaşa sövq edirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili Qərbin Gürcüstanı Rusiya Federasiyası ilə müharibəyə sövq etmək planlarından danışıb

    Qərbin yüksək rütbəli rəsmisi Gürcüstanın keçmiş baş naziri Qaribaşviliyə Rusiya ilə 3-4 gün davam edəcək müharibəyə başlamağı təklif edib.

    Bu barədə Gürcüstanın “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili bildirib. O qeyd edib ki, keçmiş baş nazirin “Bəs bu 3-4 günün xatirinə bizi məhv edirsiniz?” sualına verəndə, bu nümayəndə cavab verdi: “Əşşi, 3-4 milyonun əhaliniz var, 3-4 günə hamını öldürməyəcəklər ki. Sonra meşələrə çəkilib partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz”.

    İvanişvili əlavə edib ki, məhz bu hadisədən sonra hakim partiya bu cür çağırışlara qarşı daha sərt davranmağa başlayıb.