XƏBƏRLƏR / Din

İyunun 17-dən Həcc ziyarəti başlayır

Həcc ziyarətində 1440 azərbaycanlı zəvvar iştirak edəcək

İyunun 17-dən Həcc ziyarəti başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

    Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə,1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.

    Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.