XƏBƏRLƏR / Din

Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim edib

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri 75 illik yubileyi ilə əlaqədar təltif edilib

Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Patriarx Kirill Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.

    Paşazadə dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar təltif edilib.

    Medalı təqdim edən Patriarx Kirill qeyd edib ki, dünyada münaqişələrin baş verdiyi bir vaxtda Azərbaycan və Rusiya xalqları arasında belə təhlükələr yox idi.

    “Hesab edirəm ki, Qafqaz müsəlmanları ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunmasında mühüm amildir”.

    Paşazadə öz növbəsində Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb və Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.

    QMI sədri Qarabağ xalçasını Rus Pravoslav Kilsəsinə hədiyyə edib.