İzmir sahillərində batan qayıqdan 37 miqrant xilas edilib
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib
İzmirin Dikili rayonunun Bademli sahillərində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir ədəd rezin qayığın içərisindən 37 qeyri-qanuni miqrant sağ olaraq xilas edilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
Nazir bildirib ki, ərazidə miqrant qayığının olduğu barədə məlumat daxil olduqdan dərhal sonra axtarış-xilasetmə üçün TCSG-61 və TCSG-907 təyin edilib.
Nəticədə əlverişsiz hava şəraiti səbəbindən yarıbatmış vəziyyətdə olan qayıq tapılıb və 37 nəfər xilas olub, bir miqrantın isə cəsədi tapılıb.
Məlumata görə, miqrantların sayı ümumilikdə 45 nəfər olub və itkin düşdüyü ehtimal edilən 7 qeyri-qanuni miqrantla bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə yerinə TCSG-502 nömrəli sahil mühafizəsi helikopteri cəlb edilib.
1 dəqiqədən az