İrəvanda etirazlar davam edir, partiya sədri saxlanılıb
Bu barədə “Sputnik Armenia” xəbər verir
Ermənistanda kütləvi etirazlar davam edir.
“Sputnik Armenia” xəbər verir ki, Ermənistan polisi “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı saxlayıb.
O, bir qrup fəalla Saryan küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Bir neçə dəqiqədən sonra ora polis gəlib və Tevanyanı və bir neçə tərəfdarını polis bölməsinə aparıb.
Şəhərin Andranik Marqaryan adına məktəbinin də bir qrup şagirdi dərsi tərk edərək aksiyaya qoşulub.
Vətəndaş itaətsizliyi aksiyaları səhər tezdən başlayıb. Fəallar bir neçə küçəni bağlayıblar. Bundan əvvəl İrəvanın Respublika meydanında çoxsaylı polis əməkdaşları yerləşdirilib və onlar hökumət binasının qarşısında canlı divar yaradıblar.