İzmirdə polis bölməsinə hücumla bağlı 27 nəfər tutulub
Bu barədə Türkiyə mediası xəbər verir

İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb.
Bu barədə Türkiyə mediası xəbər verir.
Saxlanılanlar arasında cinayəti törədən şəxsin valideynləri də var.
Polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.
Yerli medianın məlumatına görə, dünən səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.