İzmirdə polis bölməsinə silahlı hücum:2 polis ölüb, 6 yaralı
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb FOTO

Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum olub, ölənlər var.
Polis bölməsinə silahlı hücum edən 16 yaşlı şəxs saxlanılıb.
Daha sonra o, xəstəxanada ölüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.
Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.
***
11:07
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki polis həlak olub, 6 nəfət yaralanıb.
Hücum edən şəxsin 16 yaşında olduğu deyilir.