“Jurnalistlər evi”nin kommunal xidmətlərini kəsirlər
Səbəb sakinlərin kommunal xərcləri ödəməməsidir
Bakıda “Jurnalistlər evi” iyunun 1-dən bütün kommunal xidmətlərinin göstərilməsini dayandıracaq.
Buna səbəb bina sakinlərinin əksəriyyətinin “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsi və kommunal xərcləri ödəməməsidir.
“Jurnalist Evi” liftin təmirinə, suyuna, zibil daşınmasına borcludur və işçilərə minimum əmək haqqını da verə bilmir.