Kadırovun anasına sanksiya tətbiq edilib
Bu barədə Britaniya hökumətinin saytında məlumat dərc olunub

Böyük Britaniya Çeçenistan rəhbəri Ramzan Kadırovun anasına sanksiya tətbiq edib.
Bu barədə Britaniya hökumətinin saytında məlumat dərc olunub.
Belə ki, çirkli pulların yuyulması ilə mübarizə kontekstində tətbiq olunan maliyyə sanksiyalarına aktivlərin dondurulması və investisiya məhdudiyyətləri daxildir.
Britaniya hökuməti sanksiyaların tətbiq olunduğu 11 şəxs və qurumu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə ittiham edib.
“Birincilər Hərəkatı”, “Qələbə Könüllüləri” və Axmat Kadırov Fondu sanksiyalara məruz qalıb. Tatarıstan baş nazirinin müavini Leyla Fazleyeva, Federal Gənclər Mərkəzinin rəhbəri Valeri Mayorova qarşı şəxsi sanksiyalar tətbiq edilib.
Sözügedən şəxslərə Ramzan Kadırovun anası Aymani Kadırova da daxildir.