Kanada minatəmizləmə işlərinə 400 000 dollar ayırıb
Qərar Kanada Azərbaycanlıları Şəbəkəsinin təşəbbüsü ilə verilib
Kanada dövləti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə sahəsinə öz töhfəsini verəcək. Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılıb.
Vəsaitin ayrılması barədə qərar Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü ilə verilib.