Ermənistanın Vardenis şəhərindəki hərbi hissənin əsgərləri arasında kütləvi qida zəhərlənməsi qeydə alınıb.
Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan Ermənistan KİV-nə ilkin açıqlamasında 10 əsgərin qidadan zəhərlənərək hospitala aparıldığını bildirib.
Lakin sonradan məlum olub ki, Torosyan hadisənin miqyası barədə düzgün məlumat açıqlamayıb.
Belə ki, əsgərlərdən birinin valideyni “Hraparak” qəzeti ilə əlaqə saxlayaraq bildirib ki, zəhərlənənlərin sayı 10 nəfər deyil, artıq 35 hərbçi xəstəxanaya yerləşdirilib. Hazırda əsgərlərin hamısının müalicə olunduğu bildirilir.