Kərim Vəliyev bir sıra Baş Qərargah rəisləri ilə görüşüb
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Brüsseldə NATO-nun Hərbi Komitəsinin iclası çərçivəsində bir sıra ölkələrin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev
- Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Metin Gürak,
- ABŞ Baş Qərargah rəisi, ordu generalı Çarlz Braun,
- Macarıstanın Baş Qərargah rəisi, ordu generalı Qabor Berendi,
- Rumıniya generalı Qeorqiza Vlad
ilə ikitərəfli görüşlər keçirilib.
Tərəflər Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq, o cümlədən NATO ilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
“Baş Qərargah rəisləri Suriyadakı son hadisələrə nikbinliklə baxıb və Azərbaycanın Türkiyədən sonra Suriyaya humanitar yardım göstərən ikinci ölkə olduğunu vurğulayıblar.
Azərbaycan inanır ki, son hadisələr geniş coğrafiyada sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq və Suriyada yenidənqurma prosesinə hər cür dəstək verəcək”, - deyə birgə bəyanatda vurğulanıb.