XƏBƏRLƏR / Hərbi

Ötən həftə daha 256 mina, 631 PHS aşkarlanıb

Məlumatı ANAMA yayıb

Ötən həftə daha 256 mina, 631 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.10.2026-18.10.2026) məlumat açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 188 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 631 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

              Bildirilib ki, 1420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.