XƏBƏRLƏR / Hərbi

NATO təlimləri başlayır

Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb

NATO təlimləri başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Litvada NATO-nun yeddi ölkəsindən 3,7 min nəfərə yaxın hərbçinin iştirakı ilə “Gelezinis Vilkas” (Dəmir Canavar) beynəlxalq təlimləri başlayır.

    Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

    İki həftə davam edəcək miqyaslı təlimlərə ev sahibi Litva ilə yanaşı, Belçika, Lüksemburq, Niderland, Norveç, ABŞ və Çexiyadan hərbçilər, həmçinin Almaniyanın komandanlığı altında NATO-nun döyüş qruplaşması iştirak edir. Manevrlərə tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli avtomobillər də daxil olmaqla 500-ə yaxın texnika cəlb olunub.

    Təlimlərin əsas məqsədi Litva Silahlı Qüvvələrinin “Gelezinis Vilkas” motoatıcı briqadasının bölmələrinin döyüş hazırlığını yoxlamaqdır.