Keçmiş ədliyyə naziri Əfv Komissiyasından çıxarıldı
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən onun yerini Kommisiyada yeni nazir Fərid Əhmədov tutub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edən sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312 (Cild I) 1-ci hissəsində “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2024-cü il"