XƏBƏRLƏR / Təbiət

Kəlbəcərdə zəlzələ baş verib

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Kəlbəcərdə zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam stansiyasından 48 kilometr cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ qeydə alınmışdır.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla saat 00:35-də maqnitudası 3,7 olan zəlzələ baş verib. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.