BLOQ / Yaddaş

Kəlbəcərdəki Başlıbel faciəsindən 31 il ötür

Kəndin 18 sakininin meyiti genetik müayinə və yenidən dəfn olunmaq üçün ekshumasiya edilmiştir

Kəlbəcərdəki Başlıbel faciəsindən 31 il ötür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 1993-cü il aprelin əvvəllərində Kəlbəcərin erməni quldur dəstələri tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini vaxtında evlərini tərk edə bilməyib və mühasirəyə düşüb. Onlar dağlara çəkilərək özlərini qorumağa çalışıblar.

    Qaçanlar cəmi 18 gün gizlənə biliblər. Aprelin 18-də erməni hərbçiləri onların yerini öyrənərək onlara hücum ediblər. Həmin gecə kəndin bir az yuxarısında yerləşən “Portda” mağarasında dinc sakinlərə qarşı törədilən terror aktı nəticəsində 14 nəfər girov götürülüb, 18 nəfər həlak olub. Qalan 30 nəfər isə gizlənməyə davam edərək sığınacaqlarını dəyişərək başqa mağaralara köçüblər.

    Fotolar Elxan Salahova məxsusdur

    113 gündən sonra, iyulun 17-də onlar sığınacaqdan çıxdılar və yalnız gecələr hərəkət edərək gizli dağ yolları ilə çıxa bildilər.

    2021-ci il sentyabrın 6-da Başlıbel kəndinin 18 sakininin meyiti genetik müayinə və yenidən dəfn olunmaq üçün ekshumasiya edilib və hər birinin şəxsiyyəti müəyyən edilib.

    Allah rəhmət eləsin.