Kəlbəcərdə qış fəsli özünəməxsus təbiət mənzərələri ilə diqqəti çəkir. Qar və buzun təbiətin digər komponentləri ilə vəhdəti əsl nağıla bənzəyən gözəlliklərə səbəb olur. Dağları, qayaları, ağacları naxışlarla bəzəyən ağ libas, qarın və şaxtanın yaratdığı tablolar insanı valeh edir.
ANS Press fotoqraf Hikmət Əsgərovun Kəlbəcər rayonunda çəkdiyi fotoları təqdim edir.