BLOQ

"Kəndlərin ixtisar cədvəli"

Şükür, hələ dünyanın axırı deyil...

"Kəndlərin ixtisar cədvəli"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yəqin bilirsiniz, yarımçıq bardağa iki cür baxmaq olur: yarısı boş və ya yarısı dolu. Mənim üçün doğma Füzulimdə 76 kəndin olmamasındansa, 27 kəndin olması yaxşıdır. Üstəlik, həm dövlət hesabına, həm də müasir, daha gözəl, abad, səliqəli, rahat və s.

    Digər tərəfdən, şükür, hələ dünyanın axırı deyil, 27 kəndin salınması ilə həyat dayanmayacaq ki! Bəlkə, 10 ildən sonra Füzulidə 77-ci kənd salınacaq. 30 il heçnəsizdik, indi 4-5 ilə 76 kəndin hamısının tez-tələsik salınmasını tələb etmək nə dərəcədə düzgündür?

    Odur ki, lütfən, yığışdırın bu "ixtisar" anlayışını. Bunun harası ixtisardır?! Bu, böyük quruculuqdur! Son 200 il ərzində Qarabağın tarixi bu gün yazıldığı kimi heç vaxt yazılmayıb.

    P.S. Necə də ərinməyib hələ bir "kəndlərin ixtisar cədvəli" düzəldənlər də varmış!