Konteynerlə ixrac olunan yüklərin həcmi kəskin artıb
“ADY Konteyner” xəbər verir
Bu ilin 9 ayı ərzində“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC üzrə konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib, bu da illik müqayisədə 50% çoxdur.
“ADY Konteyner”dən 2022-ci ilin eyni dövründə qeyd olunan göstərici 5356 TEU olub.
“İdxal olunan yüklərin sırasında əsasən müxtəlif sənaye, kimya sənayesi məhsulları, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyyat hissələrini qeyd etmək olar”, - məlumatda qeyd olunur.
Konteynerlərlə daşınan ixrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” MMC 11 306 TEU yük daşıyıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 4609 TEU təşkil edib. Bu da 145 faiz artım deməkdir. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları üstünlük təşkil edir.