Kreml Macarıstanın yeni rəhbərliyini təbrik etməyəcək
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Kreml parlament seçkilərinin nəticələrinə əsasən Macarıstanın yeni seçilmiş rəhbərliyinə təbrik göndərməyi planlaşdırmır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən və bu səbəbdən qeyri-dost ölkələr sırasına daxil edilən Macarıstan kimi dövlətlərə təbrik göndərmir”.
Peskov Moskvanın Viktor Orban ilə münasibətlərinin xarakterinə dair jurnalistlərin dəqiqləşdirici sualına cavab olaraq deyib: “Biz onunla dialoq aparmışıq”.
1 dəqiqədən az