Krivoy Roqda raketlə vurulan binada azərbaycanlı olmaylb
Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev məlumat verib
15:00
Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkulun məlumatına görə, şəhərin atəşə tutulması nəticəsində ölənlərin sayı 10-a çatıb.
Yaralıların sayı isə 28-ə yüksəlib. Bununla yanaşı, iyunun 14-ü şəhərdə matəm elan olunub.
***
İyunun 13-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını raketlə vurması nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.
Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev məlumat verib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, raketlə vurulan binada soydaşlarımız yaşamayıb, lakin ona yaxın yaşayış binasında azərbaycanlı olub. Soydaşımız hər hansı xəsarət almayıb.
Qeyd edək ki, ötən gecə Krivoy Roqda yaşayış binasının raketlə vurması nəticəsində azı 3 nəfər həlak olub, 25-i yaralanıb, 7 nəfər isə dağıntılar altında qalıb.