Küçədə uşağı döyən azyaşlılar tapıldı
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:
"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir".