Laçında Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
Camal Möhübbət oğlu Quliyev 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevlə Laçın şəhərində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.