Laçında işçi qrupun iclası keçirilir
İclasa ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir
Laçında ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir.
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri Laçına təşkil olunub.
Səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir. İclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.