Məşhur "İstisu" brendi 31 ildən sonra satışa qayıtdı
Su bir litr və 0,5 litrilik şüşələrdə satılır
Məşhur Kəlbəcər mineral suyu “İstisu” 31 ildən sonra Azərbaycanda mağaza rəflərində yenidən peyda olub.
Suyun bir litri 1,30 manat, 0,5 litri isə 0,9 manatdır.
İqtisadçı ekspert Natiq Cəfərli etiraf edib ki, gələcəkdə bu su dünya bazarına da çıxarılacaq.
O, müsahibəsində deyib: “İstisunun təbliği ilə bağlı işə başlamaq lazımdır, çünki dünya bazarında belə məhsulların geniş çeşidi var”
Terapevt Xalidə Dadaşova da öz növbəsində qeyd edib ki, bu su orqanizmdə maddələr mübadiləsini gücləndirir və mədə-bağırsaq traktının müalicəsində də istifadə olunur.
“İstisu mineral suyu SSRİ-də tanınırdı və ittifaqın hər yerindən insanlar müalicə üçün Kəlbəcərdə yerləşən sanatoriyaya gəlirdilər.