Laçından sonra Ağbənddə gömrük nəzarət məntəqəsi yaradılır
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib
Ağbənd keçid məntəqəsi layihəsinin yaxın gələcəkdə başa çatması gözlənilir.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə gömrük nəzarətinin təşkili sahəsində mühüm vəzifələr qarşıdadır: "Məlum olduğu kimi, Şərqi Zəngəzur Gömrük İdarəsi artıq yaradılıb və fəaliyyət göstərir. Orada çalışan əməkdaşlarımız əraziyə idxal edilən yük və malların rəsmiləşdirilməsi ilə yanaşı, gömrük nəzarətini də həyata keçirirlər".
Bağırov qeyd edib ki, keçid məntəqələrinin yaradılması istiqamətində də işlər davam edir.
"Bir müddət əvvəl Laçın keçid məntəqəsində gömrük nəzarət məntəqəsi yaradılıb. Ağbənd keçid məntəqəsində işlər hazırda davam edir. Bu layihənin də yaxın gələcəkdə başa çatması gözlənilir".
1 dəqiqə