Lavrov Alyaskaya üzərində “SSRİ” yazısı olan sviterlə gəlib
Bu barədə Rusiya mətbuatı xəbər yayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində “SSRİ” yazısı olan sviterlə gəlib.
Bu gün Bakı vaxtı ilə saat 23:30-da Ankoricdəki (Alyaska) hərbi bazada Rusiya və ABŞ prezidentləri arasında Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına həsr olunmuş görüş keçiriləcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar təkbətək söhbətlə başlayacaq.